Bu il 74 milyon manat güzəştli kredit verilib

2017-ci ilin ötən dövrü ərzində 1100-dən çox sahibkara 74 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3100-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib.

Qeyd edək ki, ümumilikdə, indiyədək ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır