Bu il 93 mindən çox əmlak qeydiyyata alınıb

2017-ci il ərzində ölkə üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 93 min 302 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aid olub.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sisteminə, qeydiyyatda müddət və rüsumların optimallığına görə Azərbaycan dünyada da qabaqcıl ölkələr sırasındadır. Bunu “Doing Business” reytinqləri də təsdiq edir. Doing Business hesabatında Azərbaycan Respublikası daşınmaz əmlakın qeydiyyatı üzrə 190 ölkə arasında 82.52 bal toplayaraq 22-ci yeri tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır