Bu il Azərbaycanda 140 min tondan çox metanol istehsal edilib

“SOCAR Methanol” MMC-nin idarəçiliyi altında olan metanol zavodu fəaliyyətini uğurla davam etdirir.

Belə ki, respublikamızda yeganə metanol istehsalçısı olan zavod cari ilin əvvəlindən avqust ayına qədər 140 min tondan çox metanol istehsal edib.

Qeyd edək ki, “SOCAR Methanol” MMC metanol istehsalı əsasında SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların yaxın gələcəkdə buraxılması üzərində tədqiqat işləri aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır