Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 146 329 nəfərə fərdi şəxsi hesab açılıb. Bu da ötən ilin müvafiq dövrü (128 964 nəfər) ilə müqayisədə 13.5% çoxdur.
Qeyd edək ki, 01 sentyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 309 118 nəfər) ilə müqayisədə 6.4% artaraq 3 milyon 519 min 886 nəfərə çatıb.