Gazprom 2017-ci ildə qaz ixracından gəlirlərinin 35 milyard dollara çatacağını planlaşdırır. Ötən il bu göstərici 30 milyard dollar idi.
Bu haqda şirkətin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev açıqlama verib.
2017-ci ilin yanvar ayında Gazprom qeyri-MDB ölkələrinə 19,1 milyard kubmetrlik, yəni rekord həcmdə qaz ixrac edib. Bu 2016-cı ilin yanvar ayının analoji göstəricisi ilə müqayisədə 26% çoxdur.