2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13.7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17.6%, qeyri-ərzaq mallarının qiymətləri 12.4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9.6% bahalaşıb.
Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.3%, qeyri-ərzaq mallarının qiymətləri 0.3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.2% bahalaşıb.