Bu il mənzil tikintisinə 382,2 mln. manat xərclənib

2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilən vəsaitin həcmi 382,2 milyon manat olub, onun 60,6 milyon manatı dövlət, 321,6 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır