Bu il orta aylıq əmək haqqı 7.2% artıb

2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526.4 min nəfər olub. Onlardan 877.6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648.8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.2% artaraq 525.6 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır