Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında magistral qaz kəmərləri ilə 17961,2 milyon kub-metr qaz nəql edilib.
Bu rəqəm əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3% çoxdur. Qazın nəqlinin 33,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5973,7 milyon kub-metr qaz ötürülüb.