Bu il qlobal borclanma 44 trilyon dollara çatacaq

Beynəlxalq Reytinq Agentliyi Standard&Poor’s-un proqnozuna əsasən, bu il dünya ölkələrinin borcu 44 trilyon dollara çatacaq. Bu illik borclanmada azalmanın olduğunu bildirir.

Agentliyin məlumatına əsasən, bu il ölkə borclanmaları 6,8 trilyon dollar olacaq ki, bu da 2016-cı illə müqayisədə 4% və ya 315 milyard dollar daha çox deməkdir.

Ümumi illik borclanmanın 60%-ni ABŞ və Yaponiya əhatə edəcək. ABŞ 2,2 trilyon dollar, Yaponiya isə 1,8 trilyon dollarla ilk iki yeri tutacaq və onları Çin, İtaliya və Fransa təqib edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır