Bu il sahibkarlara 67,2 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2700-dən  çox yeni iş yerinin açılmasına imkan yaradır.

Ümumilikdə, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 528,3 milyon manat güzəştli kredit verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır