SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac etmişdir.
Ümumilikdə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 511,55 ABŞ dolları, təyyarə yanacağının – 472,80 dollar, dizel yanacağının – 450,81 dollar, 1% kükürdlü mazutun qiyməti – 286,36 dollar, yüksək təzyiqli polietilenin – 1185 dollar, butilen butadien fraksiyasının – 528,93 dollar, maye piroliz qətranının – 511,55 dollar, propilenin qiyməti – 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 915 avro təşkil etmişdir.