Bu ilin ilk ixrac missiyası Almaniyaya gedib

Bu ilin ilk ixrac missiyası 23 yanvar tarixində Almaniyaya gedib. İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə “Beynəlxalq Yaşıl Həftə 2017” sərgisini ziyarət edəcək, yerli distributorlarla, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır