İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2019-cu ilin ilk ixrac missiyası Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil olunacaq.
BBN.az xəbər verir ki, fevral ayının 25-də başlayan və mart ayının 1-dək davam edəcək ixrac missiyasına qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olacaq. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar xarici iş adamları ilə ikitərəfli görüşlər keçiriəcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.
Qeyd edək ki, 2018-ci ildə 10 xarici ölkəyə 11 ixrac missiyası, ümumilikdə isə indiyədək 24 ixrac missiyası təşkil olunub.