Bu ölkədə internet xidmətinə görə ƏDV 5%-ə endiriləcək

Macarıstanda internet xidmətlərindən istifadə üçün əlavə dəyər vergisinin dərəcəsinin 5%-ə salınması ilə bağlı tədbirlər davam etdirilir.

Belə görünür ki, Avropa İttifaqı qanunlarına zidd olsa belə, Macarıstan bu istiqamətdə irəliləməkdən daşınmayacaq. Məsələ bundadır ki, Avropa İttifaqının əlavə dəyər vergisi ilə bağlı Direktivinin III Əlavəsinə ƏDV-nin aşağı dərəcəsinə aid edilə biləcək xidmət və malların siyahısı daxil edilməyib.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ƏDV rejimi ilə bağlı dəyişiklik ölkənin 2017-ci il üçün dövlət büdcəsi təsdiqlənərkən nəzərdə tutulmuşdu.

Qeyd edilib ki, 2017-ci il üzrə dövlət büdcəsində bu cür xidmətlərdən tutulan ƏDV-nin dərəcəsi 27%-dən 18%-ə endiriləcək. Həmin vaxt Avropa İttifaqının vergi məsələləri üzrə komissarı Pyer Moskovisi internetdən istifadə xidmətlərini Direktivinin III Əlavəsinə ƏDV-nin aşağı dərəcəsinə aid edilə biləcək xidmət və malların siyahısına daxil olunmasını təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır