Polşada fəaliyyət göstərən Vergilər İnstitutunun hesabatı 2008-2015-ci iləri əhatə edir.
Hesabata əsasən, bu məbləğin yarıdan çoxu-58.3 avro büdcəyə köçürülməmiş ƏDV-dir. 23.5-35 milyard avro ödənilməmiş aksizlərin, 4.66 milyard avro isə qumar oyunları ilə bağlı ödənilməmiş vergilərin payına düşür.
Polşa Seyminin Maliyyə komitəsinin sədr müavini Yanuş Şevçak bildirib ki, bu hesabat fəaliyyətsizliyə qarşı ittihamdır. Onun sözlərinə görə, həmin məbləğ Polşanın xəzinəsinə daxil olsaydı, ölkədəki sosial işçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının artırılması ilə bağlı heç bir problem olmazdı.