“AccessBank”ın “Mastercard” ödəniş kartları ilə avqustun 20-nə qədər ödəniş edənlər “Bu yay üzünüzə güləcək!” lotereyanın iştirakçısına çevriləcək. Belə ki, xırda ödənişlərin cəmi 20 AZN olduqda belə lotereyada 1 uduş şansı qazanmaq mümkündür. Lotereyada iştirak etmək üçün sadəcə AccessBank-ın kartı ilə ödəniş etmək kifayətdir.
30 avqust tarixində keçiriləcək 2-ci tirajda Antalyaya 2 nəfərlik səyahət paketi, 2 ədəd “Apple iPhone 7” smartfonu və 4 ədəd “Samsung Galaxy” planşeti oynanılacaq.
Bundan əvvəl keçirilən 1-ci tirajın 7 qalibi isə, artıq öz hədiyyələrini əldə ediblər. 7 qalibin hər birinin müxtəlif sayda şansı olub və ən böyük hədiyyəni, Antalyaya səyahəti ən az şansı olan iştirakçı əldə edib.
Qeyd edək ki, daha ətraflı məlumatı bankın rəsmi internet saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 – Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.