Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, 2016-cı ilin yanvar-noyabr ayları ərzində Komitənin büdcəyə köçürdüyü vəsait 2 056, 66 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqaisədə 47,8% artıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr ayında ötən ilin müvafiq dövrü ilə müqaisədə gömrük rüsumları üzrə ödənişlər 55,5%, ƏDV üzrə ödənişlər 44,3%, aksizlər üzrə ödənişlər 15,2%, yol vergisi üzrə ödənişlər isə 3 dəfədən çox artıb.