Büdcə kəsiri ümumi daxili məhsulun 2 faizi səviyyəsində olub

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3591,5 mln. manat, xərcləri 3912,7 mln. manat olub. 321,2 mln. manat məbləğində büdcə kəsiri yaranıb.

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3473,0 mln. manat proqnoza qarşı 3591,5mln. manat və yaxud 3,4 faiz çox olub.Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1525,0 mln. manat vəsait transfert edilib.

2017-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5 faiz və yaxud 3912,7 mln. manat icra olunub..
2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında müəyyənləşdirilib.

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5649,6 mln. manat, icmal büdcənin xərcləri isə 6752,7 mln. manat icra olunmuşdur. İcmal büdcənin kəsiri 1103,1 mln. manat təşkil edib.

Qeyd edək ki, büdcə kəsiri ümumi daxili məhsulun 2.1 faizi səviyyəsində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır