BVF-nin 2016-cı ilin oktyabr ayı üzrə “Regional İqtisadi İnkişaf” hesabatını açıqlayıb. Qafqaz və Mərkəzi Asiya regionunun göstəricilərindən götürdüyümüz məlumatlara əsasən, Azərbaycanın Real ÜDM artımı 2016-cı ildə (-)2,4%, 2017-ci ildə isə 1,4% olacaq.
Hesabata görə, inflyasiya göstəricisi 2016-ci ildə 10,2%, 2017-ci ildə isə 8,5% olacaq, dövlət büdcə kəsri 2016-cı ildə (-)9,9%, 2017-ci ildə isə, (-)3,9%-dir.
Son olaraq, tədiyyə balansının cari hesab kəsri/profisiti 2016-cı ildə 0,7%, 2017-ci ildə isə, 3,1%-dir.