BVF sədrinin məhkəməsinin nəticəsi məlum olub

Beynəlxalq Valyuta Fondunun rəhbəri Christina Lagarde keçmişdə Fransanın maliyyə naziri olduğu zamanlarda vəzifə məsuliyyətini yerinə yetirməməsi günahından məhkəməyə verilmişdi. Məşhur biznesmen Bernard Tapiyə edilən 400 milyon avroluq ödənişi kifayət qədər araşdırmaması mühakimə olunmasına səbəb olub.

Parisdə baş tutan məhkəmənin nəticəsi məlum olub. Lagardeyə hər hansı pul və ya həbs cəzası verilməyib. Baş hakim ödənişin baş tutduğu dövrdə BVF sədrinin 2007-2009 maliyyə böhranı məsələsi ilə məşğul olmasının və beynəlxalq miqyasda sahib olduğu etibarın bu qərara səbəb olduğunu bildirib.

Qeyd edək ki, Lagardenin vəkili bütün iddialara qarşı çıxıb və bu məsələni məhkəməyə aparmaqla bağlı hələ dəqiq qərarlarının olmadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır