Cavanşir Abdullayev “Maliyyə institutları ilə iş komissiyası”nın sədri seçilib

19 oktyabr tarixində Azərbaycan Sahibkarlar Konfederasiyasının “Maliyyə institutları ilə iş komissiyası”nın iclası təşkil olunub.

İclas zamanı ölkənin öndə gələn maliyyə və kredit təşkilatlarının və assosiasiyalarının nümayəndələrindən ibarət komisiyaya sədr kimi Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev seçilib.

Cavanşir Abdullayev

Qeyd edək ki, C Abdullayev 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmiş, strateji idarəetmə, İnsan resurslarının idarə edilməsi, risklərin idarə edilməsi və idarəetmənin digər sahələri üzrə Avropanın aparıcı 10-dan çox bankında və digər bizneslərdə 6 aydan çox təcrübə mübadiləsində olmuşdur.

İş karyerasını SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi başlayan və SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı müfəttişədək yüksələn (auditor) C. Abdullayev, müstəqillik əldə edildikdən sonra ilk özəl banklardan biri olan «Azinvestbank» KB-nın İdarə heyətinin sədri olmuş və sonradan irəli çəkilərək, 1992-1993-cü illərdə nəzarət paketi Dövlətə məxsus ən böyük bank olan Aqrar-Sənaye Bankının və sonra isə müstəqil Azərbaycanın Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifələrində işləmişdir.

2000-ci ilin yanvarından, yəni fəaliyyətə başladığı andan Azərbaycan Bank Tədris Mərkəzinə direktor təyin edilən C.Abdullayev qısa bir müddətdə Mərkəzi yaratmış, yüksək peşəkar komandalar özünü maliyyələşdirən aparıcı təlim müəssisəsinə çevirmişdir. Keçən dövr ərzində o, təcrübəli lider kimi, güclü ekspertlər komandası formalaşdırmış, 100-dən artıq məsləhət xidməti layihəsi idarə etmiş, 10-dan artıq beynəlxalq təşkilatla yaxın əməkdaşlıq quraraq, Mərkəzin 30-dan artıq beynəlxalq layihəyə cəlb olunmasına nail olmuş, strateji planlaşma, insan resurslarının idarə edilməsi, biznes proseslərin təşkili, risklərin idarə edilməsi, yumşaq vərdişlər və digər sahələr üzrə 200-dən artiq təlim keçmişdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır