“CDB Bank” işçi axtarır – 2 VAKANSİYA

“Caspian Development Bank” 2 vəzifə üzrə vakansiya elan edib.

Vakansiya 1: Əməletmə üzrə menecer (Compliance manager) vəzifəsi

İşçinin vəzifələri:

  • Müştərilər tərəfindən aparılmış hər hansı şübhəli əməliyyatların təhlil edilməsi
  • Aparılan müştəri əməliyyatları üçün lazımi təsdiqedici sənədlərin sorğu vasitəsi ilə müştəridən tələb edilməsi
  • İnternet və bankdaxili informasiya resurslarından istifadə etməklə müştəri və onun əməliyyatı haqqında məlumatların tam olaraq əldə edilməsi
  • Müştəri və əməliyyatın təhlili nəticələri haqqında fikirlərin və qərarların hazırlanması
  • Monitorinq və Bankın Compliance Risklərinin idarə edilməsi
  • Azərbaycan Respublikası Qanunları çərçivəsində Bankın Compliance Risk İdarə edilməsi prosedurlarının tətbiq edilməsi
  • Bankın struktur bölmələrində pozuntuların aşkar edilməsi (Compliance Risk çərçivəsində)

Vəzifəyə qəbul üçün kriteriyalar:

Təhsil: Ali (iqtisadi/hüquqi təhsil almış namizədlərə üstünülük verilir)
Bilik: Azərbaycan, Türk, Rus və İngilis dillərində sərbəst danışma

Qanunvericilik bazası:
1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”
4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
5. “Valyuta Tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu
6.Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalar
7. Azərbaycan Respublikasının bank sistemində xarici valyuta əməliyyatları üzrə uçot qaydaları
8. Azərbaycan Respublikasının bank sistemində qiymətli kağızlarla əməliyyatlar üzrə uçot qaydaları
9. Azərbaycan Respublikasında fəaliyyət göstərən Banklar arasında hesablaşmaların aparılması qaydaları
10. Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat
11. PL\TMM normativ aktları biliyi

Bacarıq: MS Office və MS Excel proqramlarında işləyə bilmək bacarığı Yüksək kommunikasiya bacarıqları, sazişlərin bağlanması qabiliyyəti

İş Təcrübəsi:
– Bankın audit, risklərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi

CV-lərinizi cv@cdbbank.az mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.

Vakansiya 2: Zəng Mərkəzinin Operatoru

İşçinin vəzifələri:

Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək;

Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;

– Bankın internet səhifəsində onlayn müraciətləri qəbul etmək və cavablandırmaq;

– Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərini səlahiyyəti çərçivəsində problemlərin həllində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək;

– Department rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;

Vəzifəyə qəbul üçün kriterilər:

Təhsil: Ali (iqtisadi və ya biznes yönəmi üzrə təhsili olan namizədlərə üstünlük verilir)

Bilik:   Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq

Bacarıq: Xoş səs tembri, mükəmmək etik davranış, yazı və danışıq, dəqiqlik, diqqət, operativlik, məsuliyyət

Təcrübə: Bank və ya oxşar kredit institutlarında Call Center sahəsində ən azı 1 il iş təcrübəsi.

CV-lərinizi cv@cdbbank.az mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan  namizədlərlə əlaqə saxlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır