“CDB Bank” müştərilərinə xəbərdarlıq edib

“Caspian Development Bank” ASC (“CDB Bank”) müştərilərinə müraciət edib. Bankdan daxil olan məlumata görə, Bankın “Atabank” ASC ilə birləşməsi ilə əlaqədar sabahdan başlayaraq mayın 30-na qədər plastik kartlarla aparılan əməliyyatlarda problemlər yarana bilər. Həmçinin bildirilib ki, yeni kartlar hazırlanır və iyunda müştərilərə təqdim ediləcək.

Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır