Çek kitabçası ilə hesablaşmalar nağdsız hesablaşmadırmı?

ƏDV məqsədləri üçün qeydiyyata alınmış müəssisə tərəfindən digər vergi ödəyiciləri ilə çek kitabçası vasitəsilə hesablaşmalar nağdsız hesablaşmalara aid edilirmi?

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bununla bağlı açıqlama verib.

“Azərbaycan Respublikasının Nağdsız hesablaşmalar haqqında 16 dekabr 2016-cı il tarixli Qanununa əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri, ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri ilə (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ödəniş terminalları ilə, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Müəssisə tərəfindən çek kitabçası ilə ödənişlərin aparılması qanunda nəzərdə tutulmamışdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır