Ceyhan limanından 1 201 812 ton xam neft ixrac edilib

SOCAR 2017-ci ilin oktyabr ayında xam neft ixracının həcmini açıqlayıb.

Belə ki, Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac edilib.

Ümumilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 242 min 679 ton, Supsa limanından 2 13 min 209 ton, Ceyhan limanından 13 955 min 348 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır