SOCAR 2016-cı ilin oktyabr ayında Novorossiysk limanından 80 min 192 ton, Supsa limanından 267 min 643 ton, Ceyhan limanından 1 milyon 669 min 743 ton xam neft ixrac edib.Ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 978 min 240 ton, Supsa limanından 2 milyon 121 min 271 ton, Ceyhan limanından 13 milyon 992 min 213 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.