Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

2017-ci ilin aprel ayı ərzində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.  Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 milyon 39 min 435 ton təşkil edib.

Qeyd edək ki, BTC istismara verilən gündən 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır