Çinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxrac missiyası 12-15 noyabr 2017-ci ildə keçiriləcək. Əhatə etdiyi sahələr şərab və spirtli içkilər istehsalıdır.

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur(AZPROMO)

Müsabiqə haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır