Çin ABŞ şirkətlərini sıxışdırır

Çin ABŞ şirkətləri ilə bağlı yoxlamalarını artıracaq.

Bloombergin məlumatına əsasən, məşhur olan və ya fəaliyyətinin əsasında Çin dayanan bir çox ABŞ şirkətləri araşdırılacaq və lazım gəldiyi təqdirdə vergi və ya rəqabət cərimələri tətbiq olunacaq. Başqa ehtimallar isə anti-dempinq araşdırmasının baş tutacağı və Çinin ABŞ-dan məhsul alışını azaldacağı yönündədir.

Hong Kongda Rabobankın maliyyə bazarlarının araşdırılması şöbəsinin rəhbəri Michael Every: “Ticarət kəsri olan bir ölkə xarici ticarətdə müsbət saldosu olan digər bir ölkə ilə prinsipə düşərsə, birinci ölkə qalib çıxacaq. Bu hər zaman belə olub”-deyib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır