Çin Avropaya 11 milyard avroluq investisiya edir

Çin Mərkəzi Bankının məlumatına əsasən, Çin Mərkəzi və Şərqi Avropadakı layihələri üçün 10 milyard avro və ya 11.15 milyard dollarlıq investisiya fondu yaradıb.

Reutersi-n məlumatına əsasən, fond bir müddət əvvəl bank tərəfindən əsası qoyulan Sino-CEE Financial Holdings şirkət vasitəsilə idarə olunacaq.

Qeyd edək ki, infrastuktur və yüksək texnologiyalı istehsalı maliyyələşdirəcək fondun vəsaitinin 50 milyard avroya çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır