Çin brendi diqqətini süni intellektə yönəldib

Büdcə dostu “smartphone”-ları ilə son dövrlərdə gündəmdən düşməyən “Xiaomi” şirkəti, növbəti 5 il ərzində süni intellekt texnologiyasının tətbiqinə 1.5 milyard dollar ayıracağını açıqlayıb. Buna səbəb olaraq, şirkətin ağıllı telefon istehsalçısından “Internet company” statusuna keçid etmək istəməsi göstərilir.

Belə ki, bu yaxınlarda şirkətin genişləndirilməsi məqsədilə yetərli vəsait toplanması üçün şirkətin səhmləri ilkin ictimai təklif üsulu (IPO) ilə Hong Kong Birja Fonduna (HKEX) yerləşdirilib. Lakin çinli şirkət özünü ağıllı telefon şirkəti yox, internet şirkəti adı ilə xarakterizə edib.

Qeyd edək ki, ötən ilin İyul ayından etibarən, “Xiaomi” şirkətinin səhmlərinin dəyəri təqribi 40% həcmində artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır