“Çin ilə iqtisadi müharibədəyik”

Ağ Ev baş strateqi Stiv Bannon, Amerikanın hazırda Çin ilə iqtisadi müharibədə olduğunu deyib.

“Çin ilə iqtisadi müharibədəyik. Ancaq bu mövzuya diqqət yetirməliyik. 25 və ya 30 il sonra birimiz qalib olacıyıq. əgər indi getdiyimiz yolda irəliləməyə davam etsək, məğlubiyyətə davam etsək, 25-30 il sonra qalib onlar olacaq”-deyə Bannon bildirib.

Şimali Koreya məsələsinə də münasibət bildirən Stiv Bannon bu məsələyə hərbi həll tapılmadığını deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır