İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının açıqlamasına əsasən, Çin iqtisadiyyatında islahatlar öz təsirini göstərir.
Təşkilatın Çin iqtisadiyyatının Araşdırma Dairəsinin müdiri Margit Molnar inzibati xərclərin azaldılmasının və yerli dövlət borclarının idarə edilməsinin müvəffəqiyyətli nəticələrinin olduğunu bildirib.
Rəsmi göstəricilərə əsasən, Çində bu ilin ilk 6 ayında gündə ortalama 14 min müəssisə qurulur. 2015-ci ildə bu göstərici 12 min, qanunvericilikdə edilən asanlaşdırıcı düzəlişlərdən əvvəl isə sadəcə 6,9 min idi.