Noyabrın 12-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Çin iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Görüşdə iştirak edən CNPC şirkətinin İdarə Heyətinin üzvü Vang Şi Honq SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda Qaz Emalı və Kimyası kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib mərhələ adlandırıb, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd edib. Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan Vang Şi Honq Azərbaycana bu səfərin də bunun göstəricisi olduğunu bildirib.