Çin və Azərbaycan iqtisadi modelləri müzakirə olunub

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri” mövzusunda seminar keçirilib. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə çıxış edib.

Çinin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Canxun isə bildirib ki, onun ölkəsində qlobal çağırışlara uyğun olaraq iqtisadi siyasət yürüdülür. Pei Canxunun sözlərinə görə, iki ölkənin alimləri arasında əməkdaşlıq hər iki modelin dərindən öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır