3 həftə ard-arda ucuzlaşan yuan bu gün dollar qarşısında 0,2%-lik dəyər itirərək 6 ilin ən aşağı həddinə düşüb. Bu haqda Bloomberg məlumat verir.
Ekspertlər 2016-cı ilin sonunda dollar/yuan nisbətinin 6.75 olacağını gözləsələr də, bu göstərici 6.7666 səviyyəsində müəyyən olunub və bu göstərici 2010-cu ildən indiyə ən aşağı göstəricidir.