Çində yuanın ölkə xaricinə çıxardılmasına məhdudiyyətlər qoyulub.
Bu haqda məlumat verən mənbələrə görə yuanın başqa pul vahidlərinə çevrilərək ölkə xaricinə çıxardılmasına icazə verilmir.
Bu məhdudiyyətlərlə bağlı açıqlama vermək icazələri olmadığından adlarının gizli qalmasını istəyən mənbələr xarici valyutalar əvəzinə milli valyutanın ölkəni daha çox tərk etməsinin pul siyasəti üçün təhlükə yaratdığını bildirib.
Qeyd edək ki, ötən ay Goldman Sachs Group ölkədən xaricə investisiya axınının nəzərdə tutulandan daha çox ola biləcəyini və yuan əsaslı fondların axınının getdikcə artan miqdarda olduğunu qeyd etmişdi.