Çindən yeni vergi qərarı

Çin ətraf mühiti çirkləndirənləri, xüsusilə də ağır sənaye sektorunu hədəfə alan yeni vergi qanununu təsdiqləyib.

“Ətraf mühitin mühafizəsi vergi qanunu” adlanan yeni qanun 2018-ci ilin yanvarından qüvvəyə minəcək və “yaşıl vergi sistemi” üçün atılan ilk addımdır.

Qeyd edək ki, Çin 1979-cu ildən bəri müəssisələrdən “çirkləndirmə haqqı” alsa da, yerli hökumətlər gəlirlərinə qatqı edən bəzi şirkətləri bu prosesdən azad edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır