Çinin Baş naziri Li Kıçiang ölkənin 2018-ci ildə iqtisadi yüksəlmə hədəfinin 6.5% civarında olduğunu açıqlayıb.
İnflyasiyanı müəyyən edən İstehlakçı Qiymət İndeksi artımının bu il 3% ətrafında olacağını bildirən Li Kıçiang, şəhərlərdə 11 milyon nəfərin yeni iş yerləri təmin olunacağını bildirib.
Li Kıçiang deyib ki, son 5 ildə Çində 68 milyon nəfər yoxsulluqdan çıxıb. O, həmçinin qeyd edib ki, Çin 1 milyrad 350 milyon nəfəri əhatə edən sosial güvənlik sistemi ilə dünyanın ən böyük sosial rifah toruna sahibdir.