Çinin emal sənayesi 2 ilin zirvəsindədir

Çinin emal sənayesinin PMI (İqtisadi aktivlik göstəricisi) indeksi göstəricisi oktyabr ayında 51.2 göstəricisi ilə 2 ilin ən yüksək səviyyəsinə çatıb. Bu vəziyyət güclü istehlakın tələbi artırması vasitəsilə iqtisadiyyatdakı sabitliyin 4-cü rübdə də davam edəcəyinə işarət edir.

Qeyd edək ki, ötən ay 50,4 səviyyəsində reallaşan bu göstəricinin ekspertlər tərəfindən bu ay 50,3 olacağı gözlənilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır