Çinin ixracı artıb

Çin ixracatı 7 aylıq azalmadan sonra ilk dəfə artım qeyd edib. Yuanın zəifləməsi ixracın artmasında təsirli olub. İdxal isə iki ilin zirvəsinə çıxmışdı.

Çinin dollar ekvivalentində ixracı noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% artım əldə edib. İdxalı isə eyni dövrdə 6,7% yüksələrək, 1,9%-lik azalma ilə bağlı gözləntiləri qarşılaya bilməyib.

Çinin noyabr ayında ticarət saldosu isə, 44,6 milyard dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır