Çinin Milli Statistika Ofisinin məlumatına əsasən, noyabr ayı üzrə sənaye şirkətlərinin mənfəəti ötən ili analoji dövründəki göstəricidən (616,1 milyard yuan və ya 89 milyard dollar) 9,8% çoxdur.
Bloombergin məlumatına əsasən, sənaye şirkətlərinin sentyabr ayı üzrə mənfəət göstəricisi 7,7%-lik artım göstərmişdi. 2016-cı ilin ilk on ayı üzrə olan göstəricilər isə 5,26 trilyon yuan həcmindədir ki, bu da 8,6%-lik artım deməkdir.
Mənfəətin artması şirkətlərin borclarını ödəməsinə də müsbət təsir göstərəcək.