Çinli şirkət istiqraz satışından 6 milyard dollar əldə edib

Çinin texnologiya yönümlü investisiya nəhəngi “Tencent Holdings”-in son olaraq tədavülə buraxdığı istiqrazlardan əldə etdiyi məbləğ 6 milyard dollara çatıb.

Şirkət 2 milyard dollar dəyərində 5 illik, 500 milyon dollar dəyərində 7 illik, 3 milyard dollar dəyərində 10 illik və 500 milyon dollar dəyərində 30 illik istiqraz satışı həyata keçirib.

Məlumat üçün qeyd edək ki, bu satış məbləği Asiya qitəsi üzrə rekord göstəricidir. Bundan əvvəl isə, rekord satış Çinli “Evergrande Group” (2.8 milyard dollar) tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır