“ÇPY və Terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupu ən fəal ekspert qruplarından biri seçilib

14 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupu “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə ilk üçlükdə qərarlaşıb. 

Qrupun sədri və “PAŞA Bank” ASC-nin “Komplayns və Daxili Nəzarət” Departamentinin direktoru Anar Kərimov Ekspert Qrupu adından mükafatı qəbul edib.

Ekspert Qrupunda 19 bank təmsil olunur:

  1. Accessbank;
  2. AFB Bank;
  3. Azər Türk Bank;
  4. Azərbaycan Benəlxalq Bankı;
  5. Azərbaycan Sənaye Bankı;
  6. Bank of Baku;
  7. Bank Respublika;
  8. Bank VTB;
  9. Caspian Development Bank;
  10. Dəmirbank;
  11. Expressbank;
  12. Kapital Bank;
  13. Nikoil Bank;
  14. PAŞA Bank;
  15. Rabitəbank;
  16. Silk Vey Bank;
  17. Unibank;
  18. Xalq Bank;
  19. Yapı Kredi Bank Azərbaycan.

Qeyd edək ki, Qrupda ÇPY qarşı mübarizə və komplayens üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ölkəmizin tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə, üzvlər arasında təcrübə mübadiləsi aparılır. Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmilləşdirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə birgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır