CISCO şirkətinin baş vitse-prezidenti Azərbaycanda olub

Prezident İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.

Maykl Qanser XXII “Bakutel” sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi. CISCO şirkətinin baş vitse-prezidenti tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır