“Citibank”ın xalis mənfəəti 7.9% artıb

2017-ci ilin üçüncü rübündə “Citibank”ın xalis mənfəəti, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.9% artaraq 4.1 milyard dollara yüksəlib. Bank 2016-cı ilin iyul-sentyabr aylarında 3,8 milyard dollarlıq xalis mənfəəti açıqladı.

Həmçinin, 2017-ci ilin üçüncü rübündə “Citigroup”un gəlirləri ötən ilin iyul-sentyabr aylar ilə müqayisədə 2.2 faiz artaraq 18.2 milyard dollara çatıb.

Qeyd edək ki,  şirkətin hər səhmə düşən payı ötən il 1.24 dollar olduğu halda, bu ilin III rübündə bu məbləğ 1.42 dollara yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır