Dünyanın ən tanınmış brendlərindən bəzilərinə sahib olan “Coca-Cola” şirkəti 2018-ci ilin dördüncü rübünün rəsmi hesabatını yayınlayıb.
Hesabata əsasən, şirkətin gəliri ötən ilin müvafiq dövrünə nisbətdə 6% azalaraq $7.1 milyard dollar olub. Refinitiv tərəfindən tərtib edilən IBES hesabatında isə sözügedən göstərici $7.03 milyard dollar proqnozlaşdırılıb.
Şirkətin 2018-ci ildə satışlardan əldə etdiyi net gəlir 2017-ci ilə nisbətən 10% azalaraq $31.9 milyard olub.