Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadənin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti oktyabrın 10-dan 15-dək  Vaşinqtonda keçiriləcək Dünya Bankı/Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün İllik Toplantısında iştirak edəcək.

İllik toplantıda Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək. Bu sistem icra olunan layihələrdə maliyyə şəffaflığının təmin edilməsində, dövlət və ictimai vəsaitlərə nəzarətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə imkanı verəcək.

Qeyd edək ki, Kənd İnvestisiya Layihəsi indiyədək respublikamızın 56 rayonunda 2000-dək sosial-iqtisadi yönümlü icma əsaslı mikro-layihə həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır