“Credit Agricole” “Commerzbank”ın hissələrini almaq niyyətindədir

“Credit Agricole” direktoru Philippe Brassac bildirib ki, Almaniyanın ikinci böyük bankı olan “Commerzbank” satışa çıxarılarsa, bu bankla maraqlanacağıq.

Mövzu ilə əlaqədar Brassac açıqlama verib. Belə ki,  Şirkət İtaliyada olduğu kimi Almaniyada da öz mövqelərini möhkəmləndirmək istədiklərini qeyd edib.

Həmçinin, “Credit Agricole” 2019-a qədər təbii inkişaf istiqamətində fokuslanma strategiyasını həyata keçirir. “Lakin bu maraqlı təklifləri dəyərləndirməyəcəyimiz mənasını vermir. Əgər “Commerzbank” kimi böyük bir təşkilat bazara gəlsə, biz bunu qəti olaraq analiz edəcəyik” deyə direktor bildirib.

Qeyd edək ki, bir müddətdir bazarlarda Alman hökumətinin “Commerzbank”dakı 15%-lik hissəsini satışa çıxaracağı fərziyyələri gəzir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır